Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1920 - 1980)
REJİSSOR
YAZIÇI
SSENARİST
Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. “Dəniz cəsurları sevir” (1954, İmran Qasımovla birgə), “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, “Sən nə üçün yaşayırsan?” (1959, İmran Qasımovla birgə) adlı dram əsərləri səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960), “Bizim Astarada”, “Cəbhədən cəbhəyə” (1961) povestlərinin, “Uzaq sahillərdə” (1954, İmran Qasımovla birgə), “İllər keçir” (1973, İmran Qasımovla birgə), “Çiçək” (1978), “Tərsanə” romanlarının, “Mözücələr adası” hekayəsinin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub. Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.
Tammetrajlı bədii film
1962
« O sən deyildin. Onu mən özümdən uydurmuşdum. O mənim xəyalımdı. »
Tammetrajlı bədii film
1966
« Bilirsən qağayılar da danışa bilir. Bəs sən niyə danışmırdın? »
Tammetrajlı bədii film
1963
« Bu dəfə də işim baş tutmadı. Nə bura Veronadı, nə də onlar Romeo və Cülyetta. »
Tammetrajlı bədii film
1976
« Demişdim axı, xoşbəxtliyi biz başqa cür başa düşürük... »
Tammetrajlı bədii film
1970
« Bu... onu uşaq vaxtı çəkmişəm. O zaman hər şey safdı, təmizdi. »