Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.azPosterə bax
1962
1 saat 16 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Filmdə həyatda öz yerini tapan gənc qız Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyali dostuna bənzəyən Zakiri dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir. Filmin çəkilişləri Bakı və Odessada (Ukrayna) aparılıb. Film Həsən Seyidbəylinin “Telefonçu qız” povestinin motivləri əsasında çəkilib.
Gündüz Abbasov
Məryəm Seyidbəyli
Kima Məmmədova
Valentina Xmara
Alla Yegizarova
Ətayə Əliyeva
Barat Şəkinskaya
Süsən Məcidova
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.