Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.comPosterə bax
1970
1 saat 25 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır.
Ramiz Məlikov
Nəsibə Zeynalova
Muxtar Maniyev
Ağahüseyn Kərimov
Hacımurad Yegizarov
Valeri Kovtun
Süsən Məcidova
Lyudmila Duxovnaya
Ofeliya Sənani
Sona Aslanova
Dina Tumarkina
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.