Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.comPosterə bax
1988
1 saat 30 dəqiqə
18+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Hətəm kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır. Faciəvi komediyaya yaxın olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.
Məlik Dadaşov
Zərnigar Ağakişiyeva
Hacı İsmayılov
Bəsti Cəfərova
Rasim Balayev
Səidə Quliyeva
Muxtar Maniyev
Eldəniz Zeynalov
Rahib Əliyev
Zöhrə Şirinova
Nazim Ağayev
Lalə Bağırova
Əli Musayev
Arif Quliyev
Hamlet Qurbanov
Tələt Rəhmanov
Cahangir Aslanoğlu
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.