Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1953
REJİSSOR
Vaqif Behbud oğlu Mustafayev Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində (Eldar Ryazanovun kursu) təhsil alıb. Kinoda uğurlarına görə müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. Bir müddət Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini olub. “Space” Müstəqil Teleradio Yayım Şirkətinin prezidenti vəzifəsində çalışıb. 2023-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən ikinci “Qorqud Ata” kino festivalında “Həyat deyəsən gözəldir!” filmi ilə “ən yaxşı rejissor” mükafatına layiq görülmüşdür. Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2005). Dövlət mükafatı, “Şöhrət” (2003) və “Şərəf” (2018) ordenləri ilə təltif olunub. Avropa Kino Akademiyasının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.