Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.comPosterə bax
1971
1 saat 23 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Filmdəki hadisələr sovet hakimiyyətinin qurulduğu ilk illərdə - 1930-cu illərdə Azərbaycanın dağ kəndlərinin birində baş verir. Film iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə daima Yədullanın (Kərbəlayi İsmayılın ölən oğlunun) məzarının yanında gizlənən bir qaçağın əli ilə öldürülür. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığıncaqda kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutarlılığı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya gerçəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara göndərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Şəmsi Bədəlbəyli
Tamilla Rüstəmova
Şahmar Ələkbərov
Əbdül Mahmudov
Sadıq Hüseynov
Elxan Qasımov
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.