Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1924 - 1991)
REJİSSOR
Kamil Aslan oğlu Rüstəmbəyov Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1953). Bakı televiziya studiyasında məsul redaktor (1956-1966), böyük rejissor, baş rejissor, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor, xalq studiyasında bədii rəhbər (1966-1976), Azərbaycan televiziyasında baş redaktor (1976-1977), baş rejissor (1978), “Azərbaycanfilm” kinostudiyasında aktyor şöbəsinin bədii rəhbəri, rejissor (1978-1982) vəzifələrində işləyib. Əməkdar incəsənət xadimi Kamil Rüstəmbəyov 1991-ci ildə vəfat edib.
Tammetrajlı bədii film
1976
« Bu xanımlar elə bilirlər ki, biz qarabağda otura-otura Parisi partladıb, Müsyo Jordanın boğazını kəsdirəciyik. »
Tammetrajlı bədii film
1980
« Yox! sən gərək rəva bilməyəsən ki, mən başıma papaq əvəzinə arvad ləçəyi bağlayım. »
Tammetrajlı bədii film
1967
« Əgər doğurdan da günahın yoxdursa, onda mən sənin oğlunam. »