Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.azPosterə bax
Elə bir ev tapmaq çətindir ki, orada saralmış əsgər məktubları-ata və babalarımızın üçbucaq cəbhə məktubları saxlanılmasın. Əfsanəvi general Həzi Aslanov, qorxmaz Qafur Məmmədov, Gəray Əsədov, minlərlə digər cəsur azərbaycanlı öz əzizlərinə cəbhədən məktublar göndərmişdir. İndi həmin qəhrəmanların övladlarının taleyi necə qurulub? Övladlar öz atalarının yolunu necə davam etdirirlər? Stalinqrad ətrafında faşist işğalçılarının darmadağın olunmasının 40 illiyinə həsr edilən filmdə ata-babalarımızın şöhrət yolundan, gənclərin şanlı ənənələri ləyaqətlə davam etdirmələrindən söhbət açılır.
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.