Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.az(1909 - 1997)
REJİSSOR
Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İncəsənət", "İdman" və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub. Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.
Sənədli film
1982