Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.azPosterə bax
1983
1 saat 10 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Burada ideyalar, ab-hava, hisslər atılan addımların məntiqi davamı ilə bağlıdır. Obrazlar qalereyası: ana, övladları: Gülarə (Maya İsgəndərova), Dilarə (Ayan Mirqasımova), Rüstəm (Kamil Zöhrabov), Tofiq (Elman Allahverdiyev) onların hamısı spesifik qadın problemləri ilə bağlıdırlar. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım (Elmira Şabanova) yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır..
Şahmar Ələkbərov
Rafiq Əliyev
Sofa Bəsirzadə
Dadaş Kazımov
Leyla Rəsulova
Murad Babayev
Zaur Cəbiyev
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.