Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.azPosterə bax
1983
1 saat 3 dəqiqə
6+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Film üç balaca oğlu olan gənc ailə və bu ailənin uşaqların tərbiyəsi ilə bağlı qayğılarından bəhs edir. Ata vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana öz öhdəsinə götürür. O, oğlanlarını dəbdə olan “tərbiyə üsulları” ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin hərdən eşidilən etirazı evdə ancaq qanqaraçılığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir. Filmdəki əsas hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən “sərgüzəştlər”, daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir.
Nəzri Babayeva
Ramiq Həsənov
Nərgiz Cəfərli
Zaur Mənsirov
Ramiz Əzizbəyli
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.