Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.comPosterə bax
Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir. Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır.
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.