Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1966
1 saat 13 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Həsən Seyidbəyli
REJİSSOR
Rasimin valideynləri yoxdur, avtomobil qəzasında faciəli şəkildə həlak olublar. O, avtobus parkında növbətçi mexanik işləyir. İş elə gətirir ki, Rasim sevdiyi qızın – Sürəyyanın atası Şirməmmədə – brakonyerə balıqları lazımi yerə çatdırmaqda kömək etməyə razılaşır. Rasim ümid edir ki, bu, sevdiyi qızın ailəsinin ağır borcdan qurtarmasına kömək edəcək. Brakonyerlər Rasimə yetim qızı, dinib-danışmayan Cəmiləni də qoşurlar. Qız bu çətin reysdə gəncə kömək etməlidir. Bir-birini tanımayan, lakin cinayət tərkibli bir işi yerinə yetirməli olan gənclər yolda olarkən müxtəlif adamlarla qarşılaşırlar. Rasim başa düşür ki, hətta məhəbbət naminə olsa belə, öz vicdanına qarşı kompromisə gedə bilməz. Film Bakı, Nardaran, Şəki, Zaqatalada, Ağsu keçidi, Qaradağ, Tiflis və Gəncə aliminium zavodunda çəkilib. Rejissor Həsən Seyidbəyli baş rolun ifaçısı Xəyal Axundzadəni küçədə tapıb. O vaxt Xəyal stend atıcılığı üzrə Azərbaycan çempionu idi.
Kamil Nəcəfzadə
RƏSSAM
Tofiq Quliyev
BƏSTƏKAR
Həsən Seyidbəyli
SSENARİ MÜƏLLİFİ
Rasim Ocaqov
OPERATOR
Xəyal Axundzadə
RASİM
Rəna Səlimova
CƏMİLƏ
Yusif Vəliyev
ŞİRMƏMMƏD
Zemfira Sahilova
SÜRƏYYA
Oleq Xabalov
NƏCƏF
Məmmədsadıq Nuriyev
Kamil Qubuşov
Həsənağa Turabov
Ağarza Quliyev
Fazil Salayev
Sadıq Hüseynov
Mirzə Babayev
Eldar Əliyev
Amaliya Pənahova
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.