Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.comPosterə bax
1978
31 dəqiqə
12+
Qısametrajlı film
İstehsalçı: AzərbaycanFilm
Filmin qəhrəmanı şəhərin məşhur bərbəri Məmmədəlidir (Həsən Məmmədov). O, öz peşəsinin vurğunudur. Onun müştəriləri məmurlar, məşhur adamlardır. Xaraktercə zarafatcıl, yumşaq adam olan Məmmədəlinin arvadıyla (Ofeliya Məmmədzadə) münasibətləri çətindir. Onun arvadı müəllimədir, meşşan təbiətli qadındır, ərinin peşəsinə də aşağılayıcı münasibət bəsləyir... Arvadı, böyük oğlu Məmmədəliyə etinasız yanaşsa da, o bunu faciəyə çevirmir, əksinə anlayışlı olmağa çalışır. Və onun sevgisi peşəsinə də, ailəsinə də yetir. Hətta on altı yaşlı oğlu atasından ad günündə evdən getməsini, dostlarıyla tək qalmaq istədiyini xahiş edəndə belə o bunu anlayışla qarşılayır. Ani məyusluqla yanaşsa da.
İlham Namiq Kamal
Daşqın Turabov
Elxan Cəfərov
Filmin bütün hüquqları "Azərbaycanfilm" tərəfindən qorunur.