Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1983
1 saat 16 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Rasim Ocaqov
REJİSSOR
Adi günlərin birində neftçilərin briqadiri Marat (Fəxrəddin Manafov) sahədə olarkən dostu (Mikayıl Kərimov) onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. Hətta Maratın sevdiyi qızı (Qalina Belyayeva) əlindən alıb onunla evlənmişdir. İndi də buraya elə-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaqdı. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir... Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur.
Rüstəm İbrahimbəyov
SSENARİ MÜƏLLİFİ
Emin Sabitoğlu
BƏSTƏKAR
Rafiq Qəmbərov
OPERATOR
Fikrət Bağırov
RƏSSAM
Yuri Vorontsov
OPERATOR
Fəxrəddin Manafov
MARAT
Qalina Belyayeva
VİKA
Mikayıl Kərimov
DOST
Stanislav Sadalski
KAMİL
Abbas Kazımov
MİRZƏ
Aleksandr Kalyagin
GENA
Qalina Polskix
MATİSS
Məbud Məhərrəmov
ALİK
Tofiq Şabanov
VAQİF
Həsənağa Turabov
İDARƏ RƏİSİ
Tahir Yaxın
Tamara Urjumova
Natəvan Məmmədova
Ruslan Nəsirov
Xəzri Məmmədov
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.