Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1979
1 saat 25 dəqiqə
18+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Rasim Ocaqov
REJİSSOR
Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risk idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu heç də asan başa gəlmədi, çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daim xüsusi orqanlar tərəfindən dəstəklənir. Əvvəllər güləş üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev(Aleksandr Kalyagin) isə vicdanlı, güzəştə getməyən, büllur kimi təmiz adamdır. Muradla bağlı işi apararkən o belə nəticəyə gəlir: "Əbiyev əsas cinayətkar deyil, o, pərdə rolunu oynayır, bu pərdənin arxasında isə əsl cinayətkar işbazlar durur. Onları üzə çıxarıb ifşa etmək lazımdır…
Rüstəm İbrahimbəyov
SSENARİ MÜƏLLİFİ
Emin Sabitoğlu
BƏSTƏKAR
Rafiq Qəmbərov
OPERATOR
Fikrət Bağırov
RƏSSAM
Aleksandr Kalyagin
SEYFİ QƏNİYEV
Həsən Məmmədov
MURAD ƏBİYEV
Şəfiqə Məmmədova
GÜLYA QƏNİYEVA
Yelena Smirnova
AYAN ƏBİYEVA
Rasim Balayev
ELMAR
Yevgeni Lebedev
KAMERA QONŞUSU
Tofiq Mirzəyev
TEYMUR
Həsənağa Turabov
GENERAL
Faiq Vəliyev
Sona Aslanova
Eldəniz Rəsulov
Elxan Ağahüseynoğlu
Ağasadıq Gəraybəyli
Gümrah Rəhimov
Tarıyel Qasımov
Ramiz Məlikov
Elxan Qasımov
Dadaş Kazımov
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.