Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1984
1 saat 30 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Eldar Quliyev
REJİSSOR
Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üstünə tuturlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: "Hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa, o, gölün üstü ilə asanlıqla yeriyə bilər." Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görünür. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə gedir… Bu film xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir.
Mayıs Ağabəyov
RƏSSAM
Rafiq Qəmbərov
OPERATOR
İsi Məlikzadə
SSENARİ MÜƏLLİFİ
Eldar Quliyev
SSENARİ MÜƏLLİFİ
Müslüm Maqomayev
BƏSTƏKAR
Eldəniz Rəsulov
FƏRİD
Yelena Seropova
LEYLİ
Mətanət Atakişiyeva
NƏRGİZ
Şükufə Yusupova
SƏİDƏ
Kamil Zöhrabov
DƏMİR
Etibar Rəhimov
RZA
Həsənağa Turabov
AĞAZƏKİ
Fikrət Quliyev
Ağahüseyn Kərimov
Zöhrə Şirinova
Fikrət Məmmədov
Sofa Bəsirzadə
Ramiz Əzizbəyli
Naibə Şirinova
Süleyman Əhmədov
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.