Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1981
1 saat 12 dəqiqə
18+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Tofiq Tağızadə
REJİSSOR
Əziz baba (Hüseynağa Sadıqov) Azərbaycan kəndlərindən birində yaşayan uzunömürlü bir kişidir. Kəndin bütün əhalisi Əzizin qohumları olsa da, heç kim onun neçə yaşında olduğunu dəqiq bilmir.[a] Çoban Əziz kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı. Bir gün məlum olur ki, Əziz babanın 160 yaşı var. Onun doğum tarixi babasının Əzizin anadan olması ilə əlaqədar sifariş verdiyi mis qablara həkk olunmuşdur. Təntənəli yubileyə hər yerdən insanlar gəlir. Əziz baba təmirli bir evə köçürülür və onun üçün fərdi həkim tutulur. İzləyicilər Əzizi üç kadrda görürlər. Balaca Əziz özündən böyük olan bir qıza aşiqdir. Bu qızı ərə verirlər və Əziz çox məyus olur. Filmin ikinci hissəsində Əziz (Şamil Süleymanov) artıq böyük bir kişidir. Onun Zeynəb adlı bir sevdiyi var. Lakin bir gün Cəfər adlı bir bəy oğlu Zeynəbi zorla qaçırır və Əziz tək qalır. Filmin üçüncü hissəsində yaşlı Əziz, rayon komitəsinin katibi Əliquliyevin (Səməndər Rzayev) oğlu Cəfərlə zorla evlənən Zeynəbin (Həmidə Ömərova) toy günü onu yəhərə salır və dağlara apararaq qaçırır. Nəvəsi Tapdığın (Sabir Məmmədov) bu qızı sevdiyini öyrənən Əziz çox xoşbəxt olur və Zeynəb Əzizin nəvəsi ilə evlənir. Əzizin böyük sevincinin səbəbi ondan yan keçən xoşbəxtliyin nəvəsinə çatdığını görməsindədir.
Ramiz Rövşən
SSENARİ MÜƏLLİFİ
Hüseyn Mehdiyev
OPERATOR
Mobil Babayev
BƏSTƏKAR
Arif Əbdürrəhmanov
RƏSSAM
Hüseynağa Sadıqov
ƏZİZ BABA
Samir Qədirov
ƏZİZ (UŞAQ)
Şamil Süleymanov
ƏZİZ (GƏNC)
Səməndər Rzayev
ƏLİQULİYEV
Hamlet Qurbanov
KOLXOZ SƏDRİ
Həmidə Ömərova
ZEYNƏB
Sabir Məmmədov
Eldəniz Zeynalov
Yelena Qaracova
Rafiq Əliyev
Süleyman Ələsgərov
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.