Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1975
1 saat 21 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Arif Babayev
REJİSSOR
Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır... Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.
Alla Axundova
SSENARİ MÜƏLLİFİ
Valeri Kərimov
OPERATOR
Ramiz Mirişli
BƏSTƏKAR
Firəngiz Qurbanova
RƏSSAM
Hüseynağa Sadıqov
NADİR
Fazil Salayev
MEHDİ
Səfurə İbrahimova
MƏDİNƏ
Həsən Məmmədov
QURBAN
İnarə Quliyeva
AİŞƏ
Hacıbaba Bağırov
MƏMMƏDƏLİ
Firəngiz Abbasova
Əhməd Əhmədov
Cəmil Quliyev
Rauf Gözəlov
Suğra Bağırzadə
Tələt Rəhmanov
Nadir Əsgərov
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.