Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1977
1 saat 11 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Rasim Ocaqov
REJİSSOR
Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Film şəkili müəllim Mustafanın (Hacı İsmayılov) Bakıya ezamiyyət səfəri ilə başlayır. Qohumu Nazimin (Fuad Poladov) evində qonaq qalan Mustafa poçt şöbəsində xoşagəlməz təsadüf nəticəsində Fəridə (Şəfiqə Məmmədova) ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Digər tərəfdən kadrda Əlinin ailəsi görünür. Əli (David Uplisaşvili) oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. Qapı-qapı gəzib dostlarını dəvət etdikdən sonra Əli ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Fəridə ilə Bakını gəzən Mustafa isə Fəridəni evinə yola salarkən güclü yağış yağır və Fəridə onu yağış kəsənəcən evinə qonaq dəvət edir. Əlinin isə tədbiri baş tutmuşdur, qonaqlar bir yerə yığışmış, deyib-gülüb əylənirlər. Fəridə yağışın kəsmədiyini görcək Mustafaya onun evində qalmağı təklif edir və ona mətbəxdə yataq qurur. Əli isə həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafaya öz evinə getməsini məsləhət bilir. Nəticədə Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Əli oyanır, görür ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; tez onun dalınca qaçıb evinə qonaq dəvət edir. Və onlar əsl ad gününü qeyd edirlər... Bu filmdə insan tədqiq və təsvir olunur, onun məişəti və yaşayışı, gündəlik həyatı ekranda canlandırılır.
Rüstəm İbrahimbəyov
SSENARİ MÜƏLLİFİ
Zaur Məhərrəmov
OPERATOR
Emin Sabitoğlu
BƏSTƏKAR
Kamil Nəcəfzadə
RƏSSAM
Hacı İsmayılov
MUSTAFA
Şəfiqə Məmmədova
FƏRİDƏ
David Uplisaşvili
ƏLİ
Şükufə Yusupova
RƏNA
Sədayə Mustafayeva
Hüseynağa Sadıqov
Fuad Poladov
Ağahüseyn Kərimov
Rafiq Əzimov
Səməndər Rzayev
Yaşar Nuri
Ramiz Məlikov
Tarıyel Qasımov
Gülşən Qurbanova
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.