Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1974
1 saat 5 dəqiqə
12+
Tammetrajlı bədii film
İstehsalçı: AzərbaycanFilm
Oqtay Mirqasımov
REJİSSOR
Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir. Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır. Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir.
Oqtay Mirqasımov
SSENARİ MÜƏLLİFİ
Vaqif Səmədoğlu
SSENARİ MÜƏLLİFİ
Rafiq Qəmbərov
OPERATOR
Rafiq Babayev
BƏSTƏKAR
Rafiz İsmayılov
RƏSSAM
Rəşid Behbudov
ELDAR ƏLİYEV
İnna Leşşinskaya
İRADƏ
İnarə Quliyeva
BEBA
Liya Eliava
ŞİRİN XANIM
Rafiq Babayev
Adil İsgəndərov
Nəsibə Zeynalova
Filmin bütün hüquqları AZƏRBAYCANFİLM tərəfindən qorunur.