Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com-
REJİSSOR
AKTYOR
SSENARİST
Yefim Abramov (İfraim Abramov / Efraim Abramov) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1980, İ.Talankin və Georgi Daneliyanın kursu). 1981-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi əmək fəaliyyətinə başlayıb. Bir neçə filmin rejissoru və ssenari müəllifidir. Xarici film istehsalçılarının “Limonlu kofe” (1994, rejissor Leonid Qoroves / İsrail, Rusiya) filmində inzibatçı rolunda çəkilib, “Verona səması altında” (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.