Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1937 - 2019)
REJİSSOR
Yalçın Heydər oğlu Əfəndiyev Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində (1960) və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (Lev Kuleşov və Boris Belokurovun emalatxanası) təhsil alıb. Bir müddət “Azərbaycanfilm” kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də onun adı ilə bağlıdır: 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” filminə görə Azərbaycan Komsomolu mükafatına layiq görülüb (1976). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, əməkdar incəsənət xadimi (1982), Xalq artisti (2007) Yalçın Əfəndiyev 2019-cu ildə vəfat etmişdir.
Tammetrajlı bədii film
1972
« Bura gələndə ürəyimdə bir nisgil vardı. Elə bilirdim məni bu torpaqla bağlayan bütün tellər qırılır. »