Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1943
REJİSSOR
Xamis Bəkir oğlu Muradov (Xamiz Muradov / Xamiz Muğal) Qaxın Muğal kəndində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1962-1966), Moskvada Ali rejissorluq və ssenari kurslarının Rejissorluq bölməsində (1969-1971) təhsil alıb. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Salnamə” sənədli filmlər studiyasına (1988-2001), “Azərbaycanfilm” kinostudiyasına (2002-2011) rəhbərlik edib. 70-dən çox sənədli filmin rejissorudur. Onlarla bədii filmə prodüserlik edib. “9 dəqiqə” sənədli filminə görə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb (2003). Əməkdar incəsənət xadimi (2000), Xalq artisti (2005), Dövlət mükafatı (1988), “Humay” mükafat laureatıdır.