Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1945 - 1998)
REJİSSOR
OPERATOR
Valeri Kərimov 1945-ci il iyunun 26-da Bakıda anadan olub. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəlməmişdən əvvəl istehsalatda çalışmış, "Bakıtuneltikinti" idarəsində fəhlə işləsmişdi. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlmişdi. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir, Valeriyə operator assistenti vəzifəsi tapşırılır. Valeri Kərimovun çəkdiyi filmlər müxtəlif janr və mövzudadır. "Alma almaya bənzər", "Yuxu" kinokomediyalarını, lirik-macəra janrında olan "De ki, məni sevirsən", "Qaladan tapılmış mücrü" ekran əsərlərini, detektiv janrda çəkilmiş "Arxadan vurulan zərbə" filmini, "Qızıl uçurum" melodramını, "Qorxma, mən səninləyəm", "Yarımçıq qalmış serenada" musiqili filmlərini, "Ailə" sosial-dramını, müharibə mövzusunda çəkilmiş "Sizi dünyalar qədər sevirdim", müasir mövzuda olan "Bir ailəlik bağ evi", "İlıq dənizdə buz parçası", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "Yay gününün xəzan yarpaqları", "Sürəyya" və s. filmləri misal göstərmək olar.