Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1939 - 2016)
REJİSSOR
Tofiq Hüseyn oğlu İsmayılov Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq (1958-1962) və rejissorluq (1962-1968) fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq və ssenari kurslarında (1968-1970) təhsil alıb. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olub (1988-1994). 2007-ci ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), “Azərbaycanfilm” studiyasında rejıssor köməkçisi, bədii təlimlər rejissoru (1967-1968), bədii fılmlərin quruluşçu rejissoru vəzifələrində işləyib (1969-1988). Uşaqlar üçün yazılmış 5 kitabın müəllifidir. İlk hekayəsi – “Ağ dəsmal” 1962-ci ildə “Göyərçin” jurnalında çap edilib. 100-ə yaxın elmi-publisistik məqaləsi var. Uzun müddət Türkiyənin Mimar Sinan Universitetində dərs deyib (1994-2006). İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. Xarici film uistehsalçılarının “Divar” (Türkiyə) qısametrajlı filmində, “Bağışla məni, müəllim” (Türkiyə) serialında aktyor kimi çəkilib. Professor (1992), Əməkdar incəsənət xadimi (1987), Xalq artisti (2008) Tofiq İsmaylov 2016-cı ildə vəfat edib.
Tammetrajlı bədii film
1986
« Fikirləşmək hələ heç kimə həyatda mane olmayıb. »
Tammetrajlı bədii film
1982
« Bu səfər çox şey verdi bizə. Onsuzda dünyaya qardaş gəlmişdik, indi isə üstəlik dost da olduq. »
Qısametrajlı film
1972
« Bu dünyada belə bir kənd də vardı. Və o kənddə qoca bir dəyirmançı yaşıyardı. »
Qısametrajlı film
1969
« Payız keçdi, qış keçdi, bahar gəldi... Bəs niyə qayıtmırsan mənim balam? »