Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1960
REJİSSOR
RƏSSAM
SSENARİST
AKTYOR
Şamil Kamil oğlu Nəcəfzadə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1978), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1984, Mixail Boqdanovun emalatxanası). 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi çalışıb. 1990-cı ildən rejissor kimi fəaliyyətdədir. AzTV “Sabah” Yaradıcılıq Birliyində prodüser (1995-1998), ABA TV-də bədii rəhbər (1999), ANS TV-də baş prodüser (2000) vəzifələrində çalışıb. Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasınin (İFASC) İdarə Heyətinin üzvü, Beynəlxalq “Qafqaz Sənədli Kino Şəbəkəsi”nin Azərbaycan üzrə təmsilçisi, “Simurq” Studiyasının təsisçisi və direktoru olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində dərs deyib. Əməkdar incəsənət xadimidir (2006). Şamil Nəcəfzadə hazırda ölkə xaricində yaşayır. Rejissor, rəssam Şamil Nəcəfzadə rəssam Kamil Nəcəfzadə oğludur. Rejissor, rəssam Şamil Nəcəfzadə rejissor Günel Nəcəfzadənin atasıdır.
Sənədli film
1993
Sənədli film
1991