Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1894 - 1990)
REJİSSOR
Rza Abbasqulu oğlu Təhmasib Naxçıvanda anadan olub. 1901-ci ildə Məmmədtağı Sidqinin açdığı “Məktəbi-tərbiyə”də dərs almağa başlayıb. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilib. Beş il sonra “Məktəbi-tərbiyə”ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olub. 1909-cu ildə oranı da başa vurub. 1918-ci ildə Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Nehrəmdə, Şahtaxtı və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün o, özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparır, şəhərin müdafiəsində fəal iştirak edir. 1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sentyabrında Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olub. 1922-ci ilin avqustunda Vətənə geri dönüb və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1937, Sergey Eyzenşteynin emalatxanası). Səhnə fəaliyyətinə 1910-cu ildə Tiflisdə Müsəlman Artistləri İttifaqının teatr truppasında başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında aktyor, rejissor, bədii rəhbər (1922-1924), direktor (1937-1938, 1953-1959), kinostudiyada rejissor, bədii rəhbər vəzifələrində işləyib. Əməkdar incəsənət xadimi (1946), xalq artisti (1964), SSRİ dövlət mükafatı laureatı (1946) Rza Təhmasib 1980-ci ildə vəfat edib. Rejissor, aktyor Rza Təhmasib yazıçı, dramaturq Məmmədhüseyn Təhmasibin qardaşıdır.
Tammetrajlı bədii film
1959
« Kimdir müqəssir? Mənmi? Omu? Yoxsa minlərlə fəlakətə səbəb olan müharibələrmi? »
Tammetrajlı bədii film
1945
« Deyirəm ki, mən xalamı verirəm sənə, sən də əvəzində qızını verirsən mənə. »
Tammetrajlı bədii film
1941
« Gələcək bir zaman ki, xalq öz səadətini öz əlləri ilə quracaqdır! »