Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1922 - 1998)
REJİSSOR
Rüfət İsmayıl oğlu Şabanov Bakıda anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rus Dram Teatrında (1942) başlayıb, sonra Bakı kinostudiyasında (1944) çalışıb. Ali təhsil almaq məqsədilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olsa da, ailə vəziyyəti ilə bağlı təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunda davam etdirib (1945-1952). Rus Dram Teatrında truppa müdiri, rejissor (1951-1957), “Azərbaycanfilm” kinostudiyasında rejissor (1957-1967), televiziya-kino çəkilişləri redaksiyasının baş rejissoru olub (1967-1981). Əvvəlcə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub. Əməkdar incəsənət xadimi Rüfət Şabanov 1998-ci ildə vəfat edib. Rejissor Rüfət Şabanov aktrisa Elmira Şabanovanın həyat yoldaşı olub. Rejissor Rüfət Şabanov rejissor Fuad Şabanovun atasıdır. Rejissor Rüfət Şabanov aktrisa Leyla Şabanovanın atasıdır.
Tammetrajlı bədii film
1983
« Bir də mən istəyirəm ki, görüm yer üzünün uşaqları necə yaşayır. »