Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.az1960
REJİSSOR
AKTYOR
Rüfət Əsədov 30 avqust 1960-cı ildə Azərbaycan SSR-in Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında anadan olmuşdur. Rusiya SFSR-da Leninqrad Texnoloji Universitetində və "Lenfilm"in nəzdindəki Kino Məktəbində təhsil almışdır. 1999-cu ildə Amerikalı prodüser O. Harençarın rəhbərlik etdiyi "Sənədli filmlərin istehsalı" kurslarınının dinləyicisi olmuşdur. 2000-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən "Promatheus Production" kinostudiyasında staj keçmişdir. Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.
Tammetrajlı bədii film
2004
« Ona da əmin ola bilərsən ki, gec-tez qalib gələcəyik. »