Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1954 - 2019)
REJİSSOR
SSENARİST
AKTYOR
Rövşən Əziz oğlu Almuradlı (Rövşən Almuradov) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1972-1976), Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunun ali rejissorluq kursunda (1984-1987) təhsil alıb. Aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Şəki Dövlət Dram Teatrında aktyor (1976-1980), Sumqayıt Dövlət Dram Teatrında rejissor (1980-1985) kimi çalışıb. Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olub (1988-1989). 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub. Həmin illərdə burada tamaşalara quruluş verib, 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1993-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor işləyib. 2006-cı ildə Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib. Rejissor Rövşən Almuradlı 2 aprel 2019-cu ildə vəfat edib. Rejissor, aktyor Rövşən Almuradlı aktyor Kamal Almuradlının atasıdır.