director

Rauf Nağıyev

(1940 - 2021)

REJİSSOR

SSENARİST

OPERATOR

Qısa məlumat

Nağıyev Rauf Mehdi oğlu – 1940-cı ildə anadan olub. A. Zeynallı adına Bakı xüsusi ixtisaslı musiqi məktəbini (1962), M.Əliyev adına ADTİ (indiki ADMİU) bitirib (1967). 1969-cu ildə «Mosfilm» kinostudiyasında kinorejissorluq üzrə təkmilləşmə kursunu (rəhb. M.Romm və Ə.İbrahimov) keçmişdir. 1967-ci ildən «Azərbaycanfilm» kinostudiyasında çalışıb. Əvvəllər bədii filmlər üzrə rej. assistenti, II rejissor işləmiş, iki q/m bədii filmə - «Fantaziya» fotosu» (1970) və «Bədbəxtliyin astanasında» (1977) kinolentlərinə quruluş vermişdir. 1974-cü ildən sənədli filmlər kinorejissoru kimi fəaliyyət göstərib. «Səadət naminə» (1974), «Müqəddəs borc» (1974; II ÜKF-da I mükafat, Tbilisi, 1975), «Pambıq sovkası ilə mübarizə» (1974), «Mən fəhləyəm» (1975), «Maestro Niyazi» (1975), «Səmaya pilləkən» (1978), «Zirvəyə yol» (1980), «Ağ atlı oğlan haqqında nağıl» (1986), «Ağlar-güləyən» (1988), «Ölü zona» (1988; Resp. Dövlət mükafatı, 1990), «Uşaqlar ittiham edir» (1989), «Fövqəladə vəziyyət» (1990), «Qəsd» (1990) və b. sənədli filmlərin rejissoru olmuşdur. Əksər filmlərinin həm də ssenari müəllifidir. 1995-ci ildən Respublika Xüsusi təmayüllü İncəsənət Gimnaziyasında rejissorluqdan, 1998-ci ildən ADMİU-da kinodramaturgiyadan dərs deyib. Dövlət Mükafatı Laureatı rejissor Rauf Nağıyev 2021-ci ildə vəfat etmişdir.

Filmləri

cover

Torpağın sahibi

Sənədli film

1976

cover

Etibarlı əllər

Sənədli film

1973

Kinometraj

logo

Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.

kinometraj@gmail.com

Bütün hüquqlar qorunur. © 2025

Developed by powered

Rauf Nağıyev - Kinometraj