Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1933 - 2006)
REJİSSOR
SSENARİST
KİNEMATOQRAF
Rasim Mirqasım oğlu Ocaqov Şəkidə anadan olub. Gənclik illərində foto ilə maraqlanıb. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işlərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alıb. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi çalışmağa başlayır. Daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib (1977). 1973-cü ildən quruluşçu-rejissor kimibçalışıb. 1990-cı ildən “Ocaq” müstəqil studiyasının rəhbəri olub. Əməkdar incəsənət xadimi (1967), Çeçen-İnquş Əməkdar incəsənət xadimi (1964), Xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 2006-cı ildə vəfat edib.
Tammetrajlı bədii film
1977
« Oğlum böyüyüb, günlərin bir günü soruşacaq. Mənim atam necə yaşayıb. Dostları kimdir? »
Tammetrajlı bədii film
1974
« Hər halda unutma, atalar sözüdür: Namərd mərdi həmişə arxadan vurar. »
Tammetrajlı bədii film
1989
« Adam heç inana bilmir. Yəni doğurdan da bu ev, bu həyət, hamısı bizimdi? Elə ikimizin? »
Tammetrajlı bədii film
1983
« Bəs necə? Yaraşmırdım axı sənə! Tərbiyəm yox, savadım yox, ata-anasız! »
Tammetrajlı bədii film
1979
« Bəs indi ona nə cavab verəcəksiz? İndi onun hər şeyi var, amma atası olmayacaq. »