Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1937 - 1967)
REJİSSOR
Ramiz Əsgərov 9 fevral 1937-ci ildə anadan olmuşdur. 1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində Mixail Rommun kursunda təhsil alır. Tələbə vaxtı yoldaşları ilə birgə “Yurka-dağınıq komanda” qısametrajlı filmini çəkib. Ramiz Əsgərov, Antonis Voyazos, Andrey Smirnov və Boris Yaşinin Anatoli Kuznetsovun “Yurka-dağınıq komanda” hekayəsi əsasında birgə çəkdikləri eyniadlı qısametrajlı debüt filmində baş rolu Vasili Şukşin oynamışdı. “Əzim Əzimzadə” sənədli filminin ssenaristi olub. İlk bədii filmi N.Hikmətin “Romantika” əsəri əsasında A.Voyazislə birgə çəkdiyi “Yaşamaq gözəldir, qardaşım!” (1966) tammetrajlı filmi olmuşdur. Zaqafqaziya və Ukrayna respublikalarının zona festivalında uğurlu debütə görə SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür. “Mən ki gözəl deyildim” filminin quruluşçu rejissoru olub. (Tofiq Tağızadə və Ağarza Quliyevlə birgə) 1967-ci ildə “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı həlak olub.
Tammetrajlı bədii film
1966
« Bilirsən mən şərqliyəm, bəzi məsələlər var ki, anlaya bilmirəm. »