Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1937
REJİSSOR
Rafiq Yüzbaşov 1937-ci ildə, ziyalı ailəsində dünyaya göz açıb. Bakıdakı 190 nömrəli orta məktəbdə təhsil alıb. 1964-cü Bakı Dövlət Universitetini bitirib. 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi əmək fəaliyyətinə başlayıb. Bir il sonra Azərbaycan Televiziyasında işə düzəlib. 1966-cı ildən 1975-ci ilə kimi televiziyanın “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində redaktor vəzifəsində çalışıb. Lakin kinostudiyada rejissor kimi fəaliyyət göstərmək istəyi onu rahat buraxmadığından Moskvada 2 illik Ali Ssenaristlər və Kinorejissorlar Kursunda təhsil alıb. Burada sənət sirlərinə dərindən yiyələnən gənc rejissor 1976-cı ildə “Mosfilm” kinostudiyasında Rusiyanın Xalq artisti, məşhur kinorejissor Y. Karasikin çəkdiyi “Şəxsi münasibət” bədii filmində təcrübə keçib, rejissor vəzifəsində çalışıb.
Sənədli film
1987