Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1943
REJİSSOR
SSENARİST
PRODÜSER
Oktay Mirəsədulla oğlu Mir-Qasım Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1968). 1965-ci ildə çəkdiyi 4 dəqiqəlik ilk filmi “Yollar” İnstitutda keçirilən festivalda birinci yeri tutub. 1962-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi başladığı əmək fəaliyyətini ali təhsildən sonra da davam etdirib. Sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri ümumittifaq festivallarında mükafat alıb. “Qisas almadan ölmə” filmi XIII Anapa “Kinoşok” Film Festivalının “Əsas müsabiqə proqramı”na salınıb və X Kazan Beynəlxaq Müsəlman Filmləri Festivalında “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” mükafatını qazanıb. Oktay Mir-Qasım Qazaxıstan istehsalı olan “Vəd edilən torpaqlar” (2010, rejissor Slambek Taukel) filmində Bekmurad rolunda çəkilib. “Azərkinovideo” İstehsalat Birliyinin baş direktoru (1993-2001), “Yeni Film” Yaradıcılıq Birliyinin rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Xalq artisti (2000), “Şöhrət” (2003), “Şərəf” (2018) və “İstiqlal” ordenləri laureatıdır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb (2008). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür. Rejissor Oktay Mir-Qasım AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur. Rejissor Oktay Mir-Qasım aktrisa Ayan Mir-Qasımın atasıdır.
Tammetrajlı bədii film
1974
« Əsl istedadı həyatda olduğu kimi filmdə də boğmaq olmaz. »
Tammetrajlı bədii film
1985
« İndi başa düşmüşəm ki, demə nəyisə bacarmamaq, ona can atmaq özü xoşbəxtlikdir. »
Sənədli film
1968
Tammetrajlı bədii film
1987
« Özün bilirsən də qalsa, bu işin axırı necə olacaq... »