Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1953 - 2013)
REJİSSOR
AKTYOR
Ömür Malik oğlu Nağıyev Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1975-1979). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, Sankt-Peterburq Dövlət Teatrında (1980), Bakı Bələdiyyə Teatrında (1995-1997) aktyor, Azərbaycan televiziyasında rejissor kimi çalışıb. 2005-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici kinematoqrafçıların istehsalı olan “İkinci Dünya Müharibəsi necə başlanır” (1971, Polşa) filmində Kapitan W rolunda, “Qanq üzərində zühur” (1975, rejissor Latif Fayziyev, Tacikistan, Özbəkistan, Hindistan) filmində Nikxələs rolunda, “Çavus Qadban” (1976, Oman Ərəb Respublikası) filmində çavus Qadban rolunda çəkilib. Əməkdar artist Ömür Nağıyev 2013-cü ildə vəfat edib. Rejissor, aktyor Ömür Nağıyev aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.