Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.az1957
REJİSSOR
Nizami Vəli oğlu Abbas (Nizami Abbasov) Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinooperatorluq fakültəsində təhsil alıb (1988). İlk fəaliyyətinə “Lenfilm”də (1974-1975, Rusiya) kinooperator köməkçisi kimi başlayıb. 1976-cı ildən “Azərbaycanfilm”də, daha sonra “Yaddaş” studiyasında işləyib. 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib və döyüş bölgələrində çəkilişlər aparıb. Bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub (1992-1998). Əvvəlcə kinooperator, daha sonra rejissor kimi fəaliyyət göstərib. 2005-ci ildən etibarən özünün təsis etdiyi “Yurdfilm” studiyasına rəhbərlik edir. Əməkdar İncəsənət Xadimidir (2007). 2015-ci ildə Nizami Abbasın “Balaban” filmi sənədli filmdə “Ən yaxşı rejissor işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” mükafatına layiq görülüb. Nizami Abbas Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin və Avropa Kino Akademiyasının üzvüdür. Rejissor, təsvir rejissoru Nizami Abbas təsvir rejissoru Üzeyir Abbasın atasıdır.
Sənədli film
1990