Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1920 - 1963)
REJİSSOR
AKTYOR
SSENARİST
Lətif Bəşir oğlu Səfərov Şuşada anadan olub. 7 yaşında ikən “Gilan qızı” filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata qəbul olunub. On yaşında “Lətif” (1930) filmində baş rolu oynayıb. Daha sonra digər filmlərdə uşaq rollarını ifa edib. Gəncə Pedaqoji Texnikumunda (1931) təhsil alıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (Qriqori Kozintsevin kursu) qəbul olunub. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə qayıtdı və bir müddət (1941-1946) burada müəllimliklə məşğul oldu. 1946-cı ildə Moskvaya qayıdıb təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. Lətif Səfərov Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub (1958). Əməkdar incəsənət xadimi (1960) Lətif Səfərov 1963-cü ildə intihar edib. Rejissor, aktyor Lətif Səfərov müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olub.
Tammetrajlı bədii film
1957
« Bizim qayada sizin adınız həmişəlik qalacaqdır. İllər gəlib keçəcək, amma o qalacaqdır. »