Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1945
REJİSSOR
SSENARİST
OPERATOR
19.03.1945-ci il tarixində Şəkidə anadaan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. 1972-1977-ci illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda (VQİK) kinooperator fakultəsində təhsil alıb. 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin, Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Taşkənd, Kair və s.). iştirak edib. 1993-ci ildən 2001-ci ilə qədər kinematoqrafiya sahəsini idarə edən “Azərkinovideo” İB-də Baş Direktor müavini vəzifəsində çalışmışdır. Bu ərəfədə onun təşəbbüsü ilə kinomuz üçün vacib olan iki qurumu: Dövlət Film Fondunu və Kinorejissorlar Gildiyasını yaradılmasını təşkil edib. 1999-2024-cü illərdə kimi Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri vəzifəsində çalışıb. “Beynəlxalq Audiovizual Festival” (2001-2008) və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatı (2015-2018) layihələrinin müəllifi və rəhbəri olub. Azərbaycanın Əməkdar İncəsənət xadimidir və Avropa Kino Akademiyasının üzvüdür. Rejissor Hüseyn Mehdiyev təsvir rejissoru Nadir Mehdiyevin atasıdır. Rejissor Hüseyn Mehdiyev şair Tofiq Mahmudun və rəssam Rafiq Mehdiyevin qardaşıdır.