Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1938 - 2003)
REJİSSOR
AKTYOR
Həsənağa Səttar oğlu Turabov (Həsən Turabov) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq ixtisasında təhsil alıb (1960). 1960-cı ildən Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Bir müddət teatrın direktoru və bədii rəhbəri olub (1987-2001). Teatrda və kinoda əssasən baş rolları ifa edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti olub. 2 dəfə Dövlət mükafatı laureatı (1972, 1986), Əməkdar artist (1971), Xalq artisti (1982), “Şöhrət” ordeni laureatı (1998) Həsənağa Turabov 2003-cü ildə vəfat edib.