Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
info@kinometraj.az(1906 - 1966)
REJİSSOR
Həbib Ələkbər oğlu İsmayılov Naxçıvanda anadan olub. Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq və aktyorluq fakültəsini bitirib (GİTİS, 1931). Daha sonra teatrşünaslıq üzrə aspiranturadan məzun olub (GİTİS, 1954). Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943). 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilib. Bakı Konservatoriyasında və Teatr Texnikumunda aktyor işi üzrə pedaqoji fəaliyyətlə məşğul olub (1940-1941). 1943-cü ildən kinoda fəaliyyət göstərib. 1943-cü ildə Bakı kinostudiyasında kinoxronika şöbəsinin rəisi təyin edilib. Bir müddət „Mosfilm“də rejissor təcrübəsi keçib (1949-1950, Moskva). 1946-cı ildən həm də dublyaj rejissoru kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi (1960) Həbib İsmayılov 1966-cı ildə vəfat edib.
Tammetrajlı bədii film
1962
« Uzun sözün qısası, özünə elə bir iş tap ki, hər gün bir atın tərkinə minməli olmuyasan ! »