Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1956
REJİSSOR
AKTYOR
Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib.