Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1941 - 2021)
REJİSSOR
AKTYOR
SSENARİST
Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İntitutunun rejissorluq fakültəsində təhsil alıb. I kursda Roman Karmenin sənədli film sinfində, daha sonra isə Sergey Gerasimovun bədii film sinfində oxuyub. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Bir çox bədii və sənədli filmin müəllifidir. Həmçinin bir çox filmin ssenari müəllifidir. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev/Rusiya) filmində məmur rolunda çəkilib. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. Respublika Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq Artistidir. 1987-ci ildən “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Fəxri Prezidenti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. Yaradıcılığı müxtəlif mövzularla, janrlarla zəngindir. “Bir cənub şəhərində” filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. “Film janrına görə komediya-daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir” (Yuri Xanyutin). Eldar Quliyev Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978), Xalq artisti (1983) fəxri adlarına, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Milli kino” mükafatına (2016), “Qızıl çinar” beynəlxalq mükafatına (2018) layiq görülüb. Rejissor Eldar Quliyev 16 aprel 2021-ci ildə vəfat edib. Rejissor Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğludur. Rejissor Eldar Quliyev ssenarist Nərminə Quliyevanın atasıdır.
Tammetrajlı bədii film
1979
« Bu dünyada bircə gün azad yaşamaq, 40 il boyunduruq altında sürünməkdən daha üstündür. »
Tammetrajlı bədii film
1971
« Lakin əslində bu suala heç kəs düzgün cavab verə bilməz. »
Tammetrajlı bədii film
1984
« Əgər insan namusludursa o, gölün üstü ilə asanlıqla yeriyə bilər. »