Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1944
REJİSSOR
AKTYOR
Əbdül Əlisa oğlu Mahmudov (Şeyx Əbdül) indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şirvan-Qobustan bölgəsindəndir. M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasında (1962-1966-SSRİ Xalq artisti, professor Adil İsgəndərovun sinfi), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində (1971-1973, Leonid Trauberqin və Georgi Daneliyanın emalatxanası) təhsil alıb. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi işləyib. Kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı (1986), Əməkdar incəsənət xadimi, Xalq artisti və Prezident təqaüdçisü, Respublika Baş Kino Mükafatı laureatı, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Təftiş Komissiyasının Sədridir. MYA-nın incəsənət doktorudur.
Tammetrajlı bədii film
1975
« Sən, bir də mən. Nağılda olduğu kimi - biri vardı, biri yoxdu. Yer üzündə bir Murad vardı, bir Firəngiz. »
Tammetrajlı bədii film
1990
« Siz canisiz, canavarsız, adam yiyənsiz! Siz alçaqsız! Siz məni də insanlıqdan çıxartdız. »