Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1945 - 2002)
REJİSSOR
SSENARİST
AKTYOR
Davud Hüseyn oğlu İmanov Qazaxıstanın Akmolla rayonunda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alib (1979-1984). Rusiyada təhsil alarkən “Peşəsi – aktrisa” (1981) sənədli filmini kurs işi kimi çəkib. İnstitutu fərqlənmə diplomu ilə bitirir. 1984-1994-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor olaraq çalışıb. Onu ən çox tanıdan Sumqayıt hadisələrindən bəhs edən iki hissəli “Sumqayitin əks-sədasi” sənədli filmi olub. Ömrünün son illərində “MİR” dövlətlərarası televiziya şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyib (1995-2002). Bir çox beynəlxalq festivallarda münsif kimi iştirak edən rejissor Davud İmanov 20 sentyabr 2002-ci ildə vəfat edib.
Sənədli film
1989