Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1946 - 2023)
REJİSSOR
SSENARİST
Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. 1964-cü ildə Bakıda 34 nömrəli orta məktəbin 10-cu sinfini bitirəndən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olunub və 1969-cu ildə oranı bitirib. Təhsil illərində kinoya və teatra həvəs göstərib – institutun həvəskar kinostudiyasının və “Spektr” adlı tələbə teatrının təşkilatçılarından biri olub. Elə həmin il Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1974-cü ildə bitirmişdir. 1970-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Milli kinoda çalışdığı müddətdə onlarla sənədli filmlərin, “Mozalan” satirik kino jurnalı üçün süjetlərin, “Arvadım mənim, uşaqlarım mənim” bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifi olub. 1984-cü ildən 1990-cı ilə qədər “Azərbaycanfilm” kinostudiyasının partiya təşkilatının katibi, 1990-cı ildən 1995-ci ilə qədər Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Həmin illər ərzində kinostudiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1973-cü ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub. 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 1997-2002-ci illərdə “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru olub. 1998-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş idarəsinin müdiri, 2006-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olub. Rejissor Cəmil Fərəcov 01 avqust 2023-cü ildə vəfat edib.
Qısametrajlı film
1978
« Mənim də başqaları kimi yaşamaq haqqım var ya yox? »