Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com1951
REJİSSOR
AKTYOR
SSENARİST
13.01.1951-ci ildə Bakı şəhərində anadan olub.1968-1973-cü illərdə Mirzağa Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakultəsində, 1974-1979-cu illərdə Moskva ÜDKİ-nin rejissorluq fakultəsində Georgi Daneliyanın emalatxanasında təhsil alıb. Sənətdə ilk addımlarını 6 yaşında ikən Lətif Səfərovun “Bakı və bakılılar” filmində atıb. Diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında “Sevgi, sevgi” teatr tamaşasına və Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında “Yumoristik novellalar” adlı televiziya tamaşasına quruluş verib (1973). “Diplom işi” adlı qısametrajlı bədii filmi Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberxauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilib, mükafatlara və diplomlara layiq görülüb. “Mosfilm” kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda “Vax!” kinokomediyası “Ən yaxşı rejissor işinə görə”, Minsk şəhərindəki kinofestivalda isə “Ən yaxşı komediya işinə görə” mükafat alıb (1980). Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuş bədi-kütləvi meydan tamaşasının quruluşçu rejissoru olub (1980). “Azərbaycanfilm” kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi işləyib (1979-1990). Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru (1990-1995), Boulinq Federasiyasının vitse-prezidenti (1998-2007), “Mozalan” studiyasının direktoru və bədii rəhbəri olub (1998-2007). Bir müddət Lider televiziyasında çalışıb, “Sağlam bədəndə sağlam ruh” adlı silsilə televizya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olub (2001-2005). Azərbaycan Televizya və Radio verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib (2007-2016). 2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışır. 2022-ci ildə Azərbayucan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) və “Afonya” (1975, rejissor Georgi Daneliya / Rusiya) filmlərində çəkilib. Rejissor Cahangir Mehdiyev rejissor Elnur Mehdiyevin atasıdır.
Tammetrajlı bədii film
1988
« Bu dünyada hər şey ya alınır, ya satılır. Sən necə bilirsən? »
Tammetrajlı bədii film
1987
« Sənə qarşı olan məhəbbətimi bu qəbristanlıqda dəfn edib gedirəm. Əlvida! »