Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1952 - 2017)
REJİSSOR
SSENARİST
Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbər olmuşdur. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənnlərini tədris etmişdir. Kinoda 30-a yaxın filmin rejissoru, 50-ə yaxın filmin ssenari müəllifi olmuşdur. Eyni zamanda bir neçə filmdə film direktoru və redaktor kimi çalışmışdır.