Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1928 - 1983)
REJİSSOR
Arif Hacı oğlu Babayev 1928-ci ilin 25 sentyabrında Bakı şəhərində anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsində Mehdi Məmmədovun sinfində təhsil alıb. 1956-1968-ci ilədək Azərbaycan Dövlət Teleradio komitəsində əvvəl rejissor 1959-cu ildən isə baş rejissor kimi çalışıb. 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor kimi çalışıb və bir çox bədii filmin quruluşunu verib. Azərbaycan kinosunda müəllif kinosunun nümayəndələrindəndir. 1962-ci ildə Əməkdar İncəsənət Xаdimi fəxri adına layiq görülən rejissor Arif Babayev 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir. Rejissor Arif Babayev rejissor Vasif Babayevin qardaşıdır.
Tammetrajlı bədii film
1977
« Adını “Qurd Cəbrayıl” qoymusan, amma arvad kimi uşaq arxasında gizlənirsən! »
Tammetrajlı bədii film
1971
« Ürəyimdə tutmuşdum ki, əgər qutuda heç olmasa bir dənə kibrit çöpü qalıbsa, onda biz səninlə evlənəcəyik. »
Tammetrajlı bədii film
1967
« Məgər insanı yaşadan və yadda saxladan medalyonlardır? »
Tammetrajlı bədii film
1973
« Əgər özünü haqlı hesab edirsənsə, qal haqlılığını sübut elə! »